Polis Batumidə baş verən zorakılıq və təhdid faktlarına görə iki nəfəri saxlayıb
Polis Batumidə baş verən zorakılıq və təhdid faktlarına görə iki nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla müəyyən edilib ki, zorakılıqda təqsirləndirilən saxlanılanlardan biri cari ilin avqustun 9-da Batumidə qarşılıqlı mübahisə zamanı bir nəfərə fiziki xəsarət yetirib, hadisədən qısa müddət sonra təqsirləndirilən şəxs qismində saxlanılan daha bir şəxs zərərçəkəni bıçaqla yaralayacağı ilə təhdid edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları “isti izlər”lə keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hər iki kişini təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 126-cı və 151-ci maddələri ilə aparılır.