Polis Batumidə ailə üzvünə qarşı törədilmiş qəsdən adam öldürməyə cəhd faktı üzrə bir nəfəri saxlayıb

12:08, 25.01.2026

Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları 1988-ci il təvəllüdlü xarici ölkə vətəndaşı M.S.-ni ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar. Məlumatı DİN yayıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumidə onunla qeyri-rəsmi nikah münasibətində olan, 1991-ci il təvəllüdlü xarici ölkə vətəndaşı Q.İ.-yə bıçaqla ürək-sinə nahiyəsindən xəsarətlər yetirib. Yaralı şəxsə müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib. Polis M.S.-ni hadisədən dərhal sonra şübhəli şəxs qismində saxlayıb.

Hüquq-mühafizə orqanları cinayətin törədilməsində istifadə olunan aləti – bıçağı maddi sübut kimi götürüblər.

Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə aparılır ki, bu da 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə DİN-in məlumatında bildirilir.

Oxşar