Polis Axmetada baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxsi yazaladı
Polis Axmetada baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxsi yazaladı

Daxili İşlər Nazirliyinin Kaxeti Rayon Polis Şöbəsinin Axmeta ​​rayon bölməsinin əməkdaşları Kaxeti Rayon Prokurorluğu ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1991-ci il təvəllüdlü C.N.-ı yaxaladılar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, nsan tələfatına səbəb olan yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunur.

Cinayətə görə dörd ildən yeddi ilədək həbs cəzası nəzərdə tutulur.

Qİstintaq müəyyən etdi ki, sərxoş vəziyyətdə olduğu təqsirləndirilən şəxs cari il iyunun 27-də gecə, Axmeta ​​munisipalitetinin Sakobiano kəndində piyada həmkəndlisi – 1975-ci il təvəllüdlü A.Ç.-ya toqquşub, hadisə yerindən qaçıb, A.Ç. aldığı xəsarətlərdən elə həmin gecə dünyasını dəyişib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 128 və 276-cı maddələrinin altıncı hissəsi ilə aparılır”, – məlumatda deyilir.