Polis Acarıstanda İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan xarici ölkə vətəndaşını saxlayıb

11:33, 03.09.2026

Polis Acarıstanda İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə Respublikası vətəndaşını saxlayıb.
Saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif kateqoriyalı cinayətlərə, o cümlədən dələduzluq, bədən xəsarəti yetirmə və hədələmə əməllərinə görə axtarışda olub.

Hüquq-mühafizə əməkdaşlarının keçirdiyi istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs Acarıstanda saxlanılıb.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.

Oxşar