Polis Acarıstanda qəsdən sağlamlığa ağır xəsarət yetirməyə görə axtarışda olan şəxsi saxlayıb
Polis Acarıstanda qəsdən sağlamlığa ağır xəsarət yetirməyə görə axtarışda olan şəxsi saxlayıb.
İstintaqla müəyyən edilib ki, həmin şəxs cari ilin iyul ayında Xelvaçauri bələdiyyəsində mübahisə zamanı gənc oğlana soyuq silahdan istifadə etməklə bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsin kimliyi qısa müddətdə müəyyənləşdirilib və onun barəsində axtarış elan olunub.
Saxlanılan şəxs penitensiar müəssisəyə yerləşdirilib.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır. Bu maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.