Polis Acarıda narkotik cinayətinə görə iki nəfəri saxlayıb – xüsusilə böyük miqdarda narkotik vasitə götürülüb
Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışına yardım göstərməkdə ittiham olunan iki xarici ölkə vətəndaşını – 2004-cü il təvəllüdlü G.U. və 1993-cü il təvəllüdlü V.U.-nu saxlayıblar.
DİN-in məlumatına görə, bu cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
“Polis əməkdaşları təqsirləndirilən şəxslərin üzərində, yaşayış evlərində və avtomobillərində, həmçinin müxtəlif yerlərdə axtarış apararkən satış üçün hazırlanmış böyük və xüsusilə böyük miqdarda narkotik vasitələr – ‘alfa-PVP’, ‘kokain’ və qurudulmuş ‘marixuana’ aşkar edərək maddi sübut kimi götürüblər.
Bundan əlavə, polis narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materialları da götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260¹ (kvarta) maddələri ilə aparılır”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.