Polis Acarada vətəndaşlara məxsus külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsi ittihamı ilə iki nəfəri saxlayıb

13:39, 23.10.2025

 

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları kompleks şəkildə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, qrup halında törədilmiş külli miqdarda dələduzluq ittihamı ilə iki nəfəri — 1980-ci il təvəllüdlü R.K. və 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş İ.L.-ni saxlayıblar.

Cinayət doqquz ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Acarada müxtəlif vaxtlarda daşınmaz əmlak almaqla maraqlanan şəxsləri aldadaraq alqı-satqı müqavilələri bağlatdırıblar və bu yolla vətəndaşlara məxsus külli miqdarda pul vəsaitini – ümumilikdə 148 042 ABŞ dollarını mənimsəyiblər.

İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır.

Oxşar