Polis Acarada narkotik cinayəti ittihamı ilə bağlı iki nəfəri saxlayıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Kobuleti Rayon Bölməsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz şəkildə əldə edilməsi-saxlanması ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsləri: 1989-cu il təvəllüdlü B. V.-ni və 1980-ci il təvəllüdlü Z.B.-ni saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatında, cinayətin 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində aparılan axtarış nəticəsində xüsusilə külli miqdarda narkotik vasitəni – “metadon”u maddi sübut kimi götürüblər. Polis onların hər ikisini təqsirləndirilən şəxs qismində saxlayıb. İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.