Polis Acarada xüsusilə böyük miqdarda narkotikin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə bir nəfəri saxlayıb

10:51, 08.05.2025

 

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Xelvaçauri Rayon İdarəsinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları birlikdə həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Ukrayna vətəndaşı 1992-ci il təvəllüdlü V.K.-ni xüsusilə böyük miqdarda narkotik vasitəni qanunsuz əldə etmək, saxlamaq və Gürcüstana qanunsuz gətirmək ittihamı ilə saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları “Sarpi” sərhəd-keçid məntəqəsinin ərazisində təqsirləndirilənin şəxsin üzərində yoxlama nəticəsində xüsusilə böyük miqdarda narkotik vasitə “Metadon”u aşkar ediblər. Polis V.K.-ni təqsirləndirilən şəxs qismində saxlayıb.

İstintaq Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə aparılır. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in məlumatında qeyd olunub.

Oxşar