Polis Acarada İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan şəxsi saxlayıb

11:01, 15.10.2025

 

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində İnterpolun qırmızı bülleteni ilə axtarılan Türkiyə Respublikası vətəndaşı – 1990-cı il təvəllüdlü Ş.Q. saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, saxlanılan Ş.Q. Türkiyə Respublikasının hüquq-mühafizə orqanları tərəfindən narkotik və ya psixotrop maddələrin qanunsuz istehsalı və satışı ittihamı ilə İnterpolun qırmızı bülleteni ilə axtarılırdı.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları Ş.Q.-ni keçirilmiş istintaq hərəkətləri nəticəsində Batumidə saxlayıblar.

Hazırda saxlanılan şəxslə əlaqədar qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Oxşar