Polis Acarada ailə üzvlərinə qarşı törədilmiş zorakılıq ittihamı ilə bir şəxsi saxladı
Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 1994-cü il təvəllüdlü B.Ş. ailə üzvlərinə qarşı törədilmiş zorakılıq ittihamı ilə saxlanılıb. Məlumatı DİN yayır.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qadın və kişi bərabərliyinə dözümsüzlük motivi ilə həyat yoldaşına mütəmadi olaraq həm sözlə, həm də fiziki təhqir göstərirdi, o cümlədən, onların azyaşlı uşaqlarının yanında da.
İstintaqla həmçinin müəyyən olunub ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda öz azyaşlı uşaqlarına da fiziki zorakılıq göstərib.
Polis tərəfindən həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində B.Ş. təqsirləndirilən şəxs qismində saxlanılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prim maddəsi və 11 prim 126-cı maddələri ilə aparılır.
Cinayətlər üç ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.