"PMCG" tədqiqat təşkilatı - Oktyabrda mehmanxananın qiymətləri əvvəlki ayla müqayisədə 9.6 faiz, əvvəlki illə müqayisədə isə 2.3 faiz azalıb
"PMCG" tədqiqat təşkilatı - Oktyabrda mehmanxananın qiymətləri əvvəlki ayla müqayisədə 9.6 faiz, əvvəlki illə müqayisədə isə 2.3 faiz azalıb

 

“PMCG” tədqiqat təşkilatı Gürcüstanın mehmanxanalarının qiymətlərinin ən son tendensiyaları haqda araşdırma hazırlayıb və araşdırmaya əsasən, Gürcüstanda mehmanxana xidmətləri həm aylıq, həm də illik ifadədə xeyli ucuzlaşıb.

Hesabatda qeyd edildiyi kimi, 2025-ci ilin oktyabrında Gürcüstanın mehmanxanalarının qiymət indeksi sentyabrla müqayisədə 9.6% azalıb.

Ən böyük azalma Acarada (-18,5%), Quriada (-13,6%) və Kaxetidə (-11,8%) qeydə alınıb. 3, 4 və 5 ulduzlu mehmanxanaların qiymət indeksi 8.9%-lə, ailə tipli mehmanxanaların qiymət indeksi isə 10.6%-lə azalıb.

Bununla yanaşı, tədqiqat təşkilatında qeyd etdikləri kimi, 2025-ci ilin oktyabrında mehmanxananın qiymət indeksi əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 2.3% azalıb. Ən böyük azalma Mtsxeta-Mtianeti (-13,1%), Sameqrelo-Zemo Svaneti (-11,4%) və Kaxetidə (-11,0%) qeydə alınıb.

Tbilisi qiymət indeksinin illik 2.5% artdığı yeganə böyük bölgədir.