Qori rayonunun Plavismani kəndinə yaxın rus hərbiçiləri yerli sakini, Tamaz İluridzeni yaxaladılar.
Baş verənlər barəsində məlumatı Birinci Kanala Plavismani kəndində meriyanın nümayəndəsi, Zaza Korinteli təsdiq etdi.
Tamaz İluridze kəndin otaracağında mal-qaranı həmkəndlisi ilə birlikdə otarırdı. Rus hərbiçiləri hər ikisini yaxaladılar, lakin Qela Qiunaşvili qaçmağı bacardı. Onu hüquqmühafizəçilər dindirirlər.
Plavismani kəndi işğal xəttinə yaxın yerləşir.