Platon Kalmaxelidze Kaxeti bölgəsi üzrə dövlət nümayəndəsi təyin edilib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Platon Kalmaxelidzeni Kaxeti bölgəsi üzrə dövlət nümayəndəsi təyin edib. Baş nazir bu gün Hökumət Administrasiyasında yeni təyin olunmuş dövlət nümayəndəsi ilə görüşüb.
Görüşdə bölgədə davam edən və gələcək üçün planlaşdırılan mühüm layihələrə diqqət yetirilib.
İrakli Kobaxidze Platon Kalmaxelidzeyə yeni vəzifəsində uğurlar arzulayıb.
Platon Kalmaxelidzenin uzun illər dövlət və özəl sektorda iş təcrübəsi var. O, bu günə qədər Kaxeti bölgəsində dövlət nümayəndəsinin birinci müavini olub, eləcə də 2014-cü ildə Telavinin meri seçilib.