Planlaşdırılan tədbirə görə Xizanişvili küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Qldani rayonunda planlaşdırılan tədbirə görə sentyabrın 29-da saat 15:00-dan 22:00-dək Omar Xizanişvili küçəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq. Məlumatı Tbilisi Meriyası yayır.
“Konkret olaraq, Omar Xizanişvili və İlia Vekua küçələrinin kəsişməsindən hərəkət birtərəfli yol hissəsində, Omar Xizanişvili küçəsi istiqamətində məhdudlaşdırılacaq. Məhdudiyyət dövründə Vekua küçəsində hərəkətin istiqaməti dəyişdiriləcək və müvəqqəti olaraq ikitərəfli olacaq, bu isə avtomobillərə Xizanişvili küçəsindən sağa dönməklə Vekua küçəsində hərəkət etmək imkanı verəcək, Xizanişvili küçəsindən Vekua küçəsi istiqamətində hərəkət edən avtomobillər yaxın döngədən istifadə etməklə hərəkəti davam etdirə biləcəklər.
İctimai nəqliyyatın hərəkət sxeminə də kiçik dəyişikliklər ediləcək. Avtobuslar – №304, №308, №323, №335, №339 və №351 Xizanişvili küçəsindən Vekua küçəsinə keçmək üçün Xizanişvili küçəsi №73 ünvanında sağa dönəcəklər və sonra müəyyən edilmiş sxem üzrə hərəkət edəcəklər, mikroavtobus №417 isə Xizanişvili küçəsi №73 ünvanı yaxınlığındakı ərazidən döndükdən sonra Vekua küçəsində sola dönməklə hərəkəti davam etdirəcək və digər nəqliyyat axınına qoşulacaq. Bundan sonra da, Qldaninin VII mikrorayonundan (Xizanişvili küçəsi) hərəkəti müəyyən edilmiş sxem üzrə davam etdirəcək” – Tbilisi Meriyası tərəfindən yayılmış məlumatda qeyd olunub.