Rəsmi Pxenyan yeni qitələrarası ballistik raketini sınaqdan keçirdiyini təsdiqlədi. Pxenyanın təsdiq etdiyinə görə, müvəffəqiyyətlə keçmiş test, raketin Amerika Birləşmiş Ştatları ərazisini əhatə edə biləcəyini göstərir.
Dövlət Televiziyası vasitəsi ilə yayılan bəyanatda deyildiyinə görə, Şimali Koreyanın nüvə ölkəsinə çevirilməsi məqsədinə nail olduğu bildirilir.
Çərşənbə axşamı buraxılan raket, Yaponiyanın sularına düşdü və beynəlxalq narazılıqlara səbəb oldu.
Rəsmi Pxenyanın məlumatına görə, raketin buraxılmasında Şimali Koreyanın lideri, Kim Çen İn də iştirak edirdi.