Piter Siiarto – Ukraynanın Rusiya bölgələrinə hücumu səbəbindən “Drujba” kəməri ilə Rusiyadan Macarıstana neft nəqli dayanıb

19:31, 11.03.2025

 
Ukraynanın Rusiya bölgələrinə hücumu səbəbindən “Drujba” kəməri ilə Rusiyadan Macarıstana neft nəqli dayanıb – bu haqda Macarıstanın xarici işlər naziri Piter Siiarto bildirib.

Macarıstanın Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, kəmərdə bərpa işləri artıq aparılır və neft tədarükü tezliklə bərpa oluna bilər. Siiarto, hücumun boru kəməri stansiyalarından birində baş verdiyini deyib.

Piter Siiarto Macarıstanın enerji təchizatının “suverenlik məsələsi” olduğunu və bütün tərəflərin buna hörmətlə yanaşmasını gözlədiyini bildirib.

Məlumat üçün bildirək ki, martın 11-də gecə Ukrayna onlarla pilotsuz təyyarə ilə Moskvaya hücum edib. Hücum nəticəsində 3 nəfər həlak olub.

Oxşar