Piter Siiarto – Macarıstan Rusiyanın enerji təchizatından imtina etmək fikrində deyil, biz başqa mənbələr axtarırıq, lakin Rusiya resurslarını əvəz etmək məqsədilə deyil
Macarıstan Rusiya enerji təchizatından imtina etmək niyyətində deyil, lakin diversifikasiya üçün digər istehsalçılarla danışıqlar aparır, – bu barədə Macarıstan Xarici İşlər naziri, Piter Siiarto bəyan etdi.
“Biz Rusiyanın neft və ya təbii qaz tədarükçünü dəyişdirmək fikrində deyilik. Rusiya bizim üçün həm “Qazprom”, həm də neft hasilatı üçün etibarlı partnyor idi. Diversifikasiya başqa məsələdir. Bizim nöqteyi-nəzərimizdən bu o demək deyil ki, biz bir mənbəni digəri ilə əvəz etmək istəyirik. Diversifikasiya bizim üçün deməkdir ki, başqa mənbələr axtarırıq, lakin rus resurslarının əvəz edilməsi məqsədilə deyil”, – Siiarto qeyd etdi.
Macarıstanın Xarici İşlər nazirinin sözlərinə görə, Azərbaycan və Türkiyə Macarıstanı əlavə həcmdə təbii qazla təmin edə biləcək əsas təchizatçılardır. Siiartonun bəyanatına görə, bu məsələ üzrə Macarıstan onlarla danışıqlar aparır.