Piter Siiarto - Avropanın 13 xarici işlər naziri başa düşə bilmir ki, Gürcüstan hökuməti Brüsseldən təyin olunmur, onu xalq seçir
Piter Siiarto - Avropanın 13 xarici işlər naziri başa düşə bilmir ki, Gürcüstan hökuməti Brüsseldən təyin olunmur, onu xalq seçir

 

Avropanın 13 xarici işlər naziri bu vaxtadək başa düşə bilmir ki, demokratiya xalqın iradəsidir. Onlar bu vaxtadək başa düşə bilmirlər ki, Gürcüstan hökuməti Brüsseldən təyin olunmur, gürcü xalqının özü tərəfindən seçilir – bu haqda Macarıstanın xarici işlər və ticarət naziri Piter Siiarto sosial şəbəkədə yazır.

“Təəssüf ki, 13 xarici işlər naziri bir daha sübut etdi ki, liberal əsas axının fikrincə, ölkədə demokratiya yalnız seçkilərdə liberal partiyanın qalib gəlməsi halında mövcud olur.

Biz Macarıstanda 14 il boyunca xarici hücumun nəticələri ilə qarşılaşırıq. Ancaq vəzifə Brüsselin gözləntilərinin doğrulması deyil, xalqın iradəsinin yerinə yetirilməsidir.

Münasibətlərimizi inkişaf etdirmək və Avropaya inteqrasiyanı sürətləndirmək üçün gələcəkdə sıx əməkdaşlığı davam etdirəcəyimiz Gürcüstan hökuməti haqqında da eyni sözləri demək olar.

İt hürər, karvan keçər !” – Piter Siiarto yazır.

Avropa İttifaqına üzv 13 ölkənin nazirləri birgə bəyanatı dünən yaydılar.