Piter Siarto – Macarıstan Rusiya qazı və neftinə qarşı sanksiyaları dəstəkləməyəcək və Ukraynaya öz ərazisi ilə silah tədarükünə icazə verməyəcək
Macarıstan Rusiya qazı və neftinə qarşı sanksiyaları dəstəkləməyəcək və Ukraynaya öz ərazisi vasitəsilə silah tədarükünə icazə verməyəcək”, – deyə Macarıstanın baş naziri Piter Siarto bəyan edib.
Macarıstan hökumətinin başçısının sözlərinə görə, macar xalqı bu müharibənin bədəlini ödəyə bilməyəcək və bu səbəbdən Budapeşt sanksiyalara qoşulmayacaq.
“Macarıstan Rusiya qazından asılıdır, o, beynəlxalq müqavilələrə uyğun olaraq verilir. Bizim birinci prioritetimiz Macarıstanın təhlükəsizliyidir. Biz Macarıstanın müharibəyə cəlb olunmasını istəmirik. Biz istəmirik ki, Macarıstan-Ukrayna sərhədinə yaxın macarların məskunlaşdığı ərazilərdə oxşar səhnələr olsun. Eyni zamanda, əlbəttə ki, biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik və Macarıstan tarixində ən böyük humanitar əməliyyatı, eləcə də Ukraynadan olan qaçqınların qəbulunu davam etdirəcəyik”, – deyə Piter Siarto bildirib.