Piter Macar: Prokurorluğun materiallarından rəsmi olaraq məlum oldu ki, Orban hökuməti cinayətkar təşkilat olub
Macarıstanın baş naziri Peter Macar bildirib ki, prokurorluğun materiallarından rəsmi olaraq məlum olub ki, Viktor Orban hökuməti “iqtisadi və siyasi mafiya”, başqa sözlə, cinayətkar təşkilat olub.
“Prokurorluğun materiallarından artıq rəsmi olaraq məlumdur ki, Orban hökuməti iqtisadi və siyasi mafiya, başqa sözlə, cinayətkar təşkilat olub”, – deyə Macar yazıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda “bu mafiozların” nə qədər müddət susmağı bacaracağı məlum olacaq.
“Tezliklə məlum olacaq ki, bu mafiozlar ‘omerta’ya – susmaq kodeksinə – nə qədər müddət əməl edə biləcəklər”, – deyə Macar bildirib.