Piter Fişer - Prezident Zurabişvilini əmin etdim ki, Almaniya Gürcüstanın etibarlı dostu olaraq qalacaq
Prezident Zurabişvilini əmin etdim ki, Almaniya Gürcüstanın etibarlı dostu olaraq qalacaq – bu haqda Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer sosial şəbəkədə yazır.
“Prezident Salome Zurabişvili və Mixael Rotu qəbul etmək şərəf idi. Biz Gürcüstanın ölkə daxilində, eləcə də Almaniya, Avropa İttifaqı və digərləri ilə münasibətlərdə cari ikili böhrandan necə çıxa biləcəyi haqda danışdıq. Prezident Zurabişvilini əmin etdim ki, Almaniya Gürcüstanın etibarlı dostu olaraq qalacaq” – Fişer sosial şəbəkədə yazır.