Pit Hegset və Cənubi Koreyanın müdafiə naziri illik təhlükəsizlik məsləhətləşmə toplantısı keçirdilər
Pit Hegset və Cənubi Koreyanın müdafiə naziri illik təhlükəsizlik məsləhətləşmə toplantısı keçirdilər

ABŞ-ın müdafiə naziri Pit Hegset və Cənubi Koreyanın müdafiə naziri An Gyu-bek illik təhlükəsizlik məsləhətləşmə toplantısı keçirdilər.

Bu, iki ölkənin hərbi ittifaqı və Şimali Koreyaya qarşı Cənubi Koreyanın müdafiə strategiyasını müəyyən edən forumdur.

Cənubi Koreyanın Müdafiə Nazirliyinin məlumatına görə, nazirlər Şimali Koreyaya qarşı birgə müdafiə hazırlığını, regional təhlükəsizlik məsələlərində əməkdaşlığı, həmçinin kibertəhlükəsizlik və raket müdafiəsi sahəsində kooperasiyanı müzakirə ediblər.

“Reuters”in xəbərinə görə, Vaşinqton Cənubi Koreyada yerləşdirilən 28 500 amerikalı əsgərin rolunun dəyişdirilməsini nəzərdən keçirir. Bu addım Asiya regionunda qüvvələr balansının qorunmasına yönəlib.