Pit Heqset - Ukraynadakı müharibə qısamüddətli perspektivdə bitməsə, Vaşinqton Rusiyanın davam edən təcavüzün bədəlini ödəməsi üçün addımlar atacaq
ABŞ-nin müdafiə katibi Pit Heqset bildirir ki, Ukraynadakı müharibə qısamüddətli perspektivdə bitməsə, Vaşinqton müttəfiqlər ilə birlikdə Rusiyanın davam edən təcavüzün bədəlini ödəməsi üçün addımlar atacaq.
Pit Heqset bu barədə Brüsseldə Ukraynaya dəstək verən ölkələrin Təmas Qrupunun görüşündə deyib.
“Müharibə bitməsə, qısamüddətli perspektivdə sülhə gedən yol olmasa, o zaman Amerika Birləşmiş Ştatları müttəfiqlərlə birlikdə davam edən təcavüz üçün Rusiyanın üzərinə bədəlin qoyulması üçün zəruri addımlar atacaq. Əgər bu addımı atacağıqsa, ABŞ-nin Müharibə Departamenti yalnız ABŞ-nin edə biləcəyi şəkildə töhfə verməyə hazırdır. Müharibə prezident Trampın dövründə başlamadı, lakin onun Ağ Evdə olduğu müddətdə başa çatacaq. Gəlin güc yolu ilə sülhü bərqərar edək” – Pit Heqset bildirib.
Bundan əvvəl Pentaqon rəhbəri Brüsselə toplaşan NATO-ya üzv ölkələrin müdafiə nazirlərini Ukraynaya Amerika silahlarının alınması üçün xərcləri artırmağa çağırıb.