Pit Heqset Şri-Lanka sahilləri yaxınlığında İran gəmisinin ABŞ sualtı qayığı tərəfindən vurulduğunu bildirir
ABŞ-nin müharibə katibi Pit Heqset Şri-Lanka sahilləri yaxınlığında İran gəmisinin ABŞ sualtı qayığı tərəfindən vurulduğunu bildirir.
Heqsetin qeyd etdiyi kimi, Hind okeanında üzən İran freqatına hücum torpedo ilə həyata keçirilib, bu da İkinci Dünya Müharibəsindən bəri sualtı qayığın torpedodan istifadəsinin ilk halı olub.
Məlumat üçün bildirək ki, martın 4-də Şri-Lankanın ərazi sularında Qale şəhəri yaxınlığındakı İranın “Dena” freqatı həyəcan siqnalı yayıb. İran gəmisinə hücum nəticəsində 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb. Şri-Lankanın Müdafiə Nazirliyində İran gəmisinə hansı ölkənin sualtı qayığının hücum etdiyini dəqiqləşdirməyiblər.