Pit Heqset - İran rüsvay olub, o, Hörmüz boğazına nəzarət edə bilmir
Pit Heqset - İran rüsvay olub, o, Hörmüz boğazına nəzarət edə bilmir

 

ABŞ-nin müharibə katibi Pit Heqset İranın rüsvay olduğunu, Tehranın Hörmüz boğazına nəzarət edə bilmədiyini deyir.

Onun sözlərinə əsasən, ABŞ qüvvələrinin İran sularına və ya hava məkanına daxil olmasına ehtiyac qalmayacaq, çünki ABŞ döyüş axtarmır.

“Lakin, İrana beynəlxalq marşrutlarda günahsız ölkələri və onların yüklərini bloklamağa icazə verilməməlidir” – Heqset bildirib.

Bununla yanaşı, Heqset Hörmüz boğazından Amerikanın iki ticarət gəmisinin keçdiyini və daha yüzlərlə gəminin növbəyə durduğunu təsdiqləyib. O bildirib ki, ABŞ Hörmüz boğazı üzərində “güclü qırmızı, ağ və mavi günbəz” quraşdırıb.

“Amerika gəmiləri dinc ticarət gəmilərinin 24/7 monitorinqini təmin etmək üçün yüzlərlə qırıcı, helikopter, dron və müşahidə təyyarələrinin dəstəyi ilə mövqelərdə dayanırlar” – Pit Heqset bildirib.

Bununla yanaşı, Heqset Tehranı münaqişədə iştirak etməyən ölkələrin gəmilərinin boğazdan keçməsinə icazə verməyə çağırıb.

“Günahsız gəmilərin boğazdan sərbəst keçməsinə icazə verin. Beynəlxalq sular ona vergi və ya nəzarət tətbiq edən təkcə İrana deyil, hər kəsə məxsusdur” – Pit Heqset bildirib.

Bununla yanaşı, Donald Trampın təslim olub-olmadığı sualına, Heqset ABŞ Prezidentinin bəyanatını yada salıb və onun “kozırı” olduğunu bildirib.

“Prezident heç nədə təslim olmayıb, onun kozırı var, biz üstünlüyü qoruyub saxlayırıq və “Azadlıq” Layihəsi bu mövqeyi yalnız gücləndirir”- Pit Heqset deyib.