Pit Heqset əməkdaşlarına son kəşfiyyat və kiber imkanlardan xarici müdaxiləni aşkar etmək və zərərsizləşdirmək üçün istifadə etməyi tapşırıb
ABŞ-nin müdafiə katibi Pit Heqset tabeliyində olan şəxslərə son kəşfiyyat və kiber imkanlardan xarici müdaxiləni aşkar etmək, qarşısını almaq və zərərsizləşdirmək üçün istifadə etməyi tapşırıb.
“Axios”un yazdığı kimi, bu, aralıq seçkilərin yaxınlaşması ilə bağlıdır. Rəsmi şəxslər, tədbirlərə süni intellektin ən son imkanlarının da cəlb olunacağını bildirirlər.
Heqset tərəfindən sentyabrın 22-də təsdiqlənmiş memoranduma əsasən, nazir xarici müdaxilə ilə mübarizə aparmaq və demokratik azadlıqları qorumaq öhdəliyini götürür.
Memorandum üç direktivi əhatə edir, o cümlədən: xarici subyektlərin demokratik sistemlərə müdaxilə etməməsini təmin etmək üçün müdafiə idarəsinin kəşfiyyat və kiber imkanlarına diqqət yetirilməlidir;
Həmçinin, Müdafiə Departamentinin kəşfiyyat sistemindən qanun, normativ aktlara və icra hakimiyyətinin göstərişlərinə uyğun olaraq seçkilər üçün kənar təhlükələr haqqında məlumatın toplanması və işlənilməsi üçün istifadə edilməlidir.
Memoranduma əsasən, seçkilərə qarşı yönəlmiş xarici kibertəhlükələrə qarşı Kiber Komandanlıq və Daxili Təhlükəsizlik Departamenti birgə əməliyyatlar həyata keçirməlidir.