Pit Heqset ABŞ ordusunun yüksək dəqiqlikli uzaqmənzilli raket ehtiyatlarının tükənmək üzrə olması ilə bağlı mediada yayılan məlumatları təkzib edib

12:11, 05.08.2026

ABŞ-ın müharibə naziri Pit Heqset bildirib ki, ölkənin silahlı qüvvələrinin yüksək dəqiqlikli uzaqmənzilli raket ehtiyatları tükənmək üzrə deyil.
Heqset CNN və Reuters-in bir neçə mənbəyə istinadən yaydığı xəbərə münasibət bildirib. Həmin məlumatda iddia olunurdu ki, ABŞ İranla davam edən hərbi qarşıdurma zamanı yüksək dəqiqlikli raket ehtiyatlarının təxminən 80 faizini istifadə edib.
“Bu, həqiqətə uyğun deyil. Siz utanmalısınız. Saxta xəbərlər yayan mediaya qarşı hələ də kifayət qədər sərt münasibət göstərmirik”, – deyə Heqset yazıb.

Oxşar