Pit Heqset – ABŞ İrana qarşı hərbi güc tətbiq etməyi istisna etmir
ABŞ-nin müharibə katibi Pit Heqset bildirib ki, Donald Tramp administrasiyası İrana, o cümlədən Hörmüz boğazı və ya İran ərazisinə zərbə endirmək ehtimalını istisna etmir.
“Biz heç bir halda Hörmüz boğazının istənilən hissəsinə və ya İran ətrafına zərbələri istisna etmirik” – Heqset bildirib.
O, İranın ABŞ-nin ona qarşı həyata keçirdiyi iqtisadi təzyiqə tab gətirə bilməyəcəyini deyib.
“İran bizim tətbiq etdiyimiz iqtisadi təzyiqə tab gətirə bilməz” – Heqset bildirib.