Pis hava şəraiti Laqodexi bələdiyyəsində problemlər yaradıb
Pis hava şəraiti Laqodexi bələdiyyəsində problemlər yaradıb

Laqodexi bələdiyyəsinin Çiauri kəndində leysan yağışla müşayiət olunan güclü külək bir neçə yaşayış evinin dam örtüyünü zədələyib, otuza yaxın evin birinci mərtəbəsini və ev sahələrini su basıb. Çoxillik bitkilər kökündən çıxarılıb, elektrik xətləri sıradan çıxıb.

Yanğınsöndürənlər və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerindədir, yolu aşan ağaclardan təmizləyir və sakinlərə su çəkdirməkdə köməklik göstərirlər. “Enerqo Pro-Georgia”nın texniki xidməti zədələnmiş elektrik xətlərinin bərpası üzərində işləyir.

Laqodexi şəhərinin meri Jondo Mdivnişvilinin sözlərinə görə, yağış o qədər güclü olub ki, drenaj kanalları böyük su axınına tab gətirə bilməyib və əhalinin yaşayış məntəqələrinə daxil olub.

“Məktəbə və uşaq bağçasına ziyan dəyməyib, lakin onlarla evin dam örtüyünə ziyan dəyib, Çiauri kəndində də yaşayış evləri və həyətyanı sahələri su basıb. Təəssüf ki, bu il təbii fəlakətlər bələdiyyəyə dəfələrlə təsir edib”, – Laqodexi meri bildirib.