Peyvənd olunmaq istəyən vətəndaşlara xidmət göstərmək üçün bölgələrə mobil qruplar göndəriləcək
Bölgələrdə peyvənd olunmaq istəyən vətəndaşlara yerindəcə xidmət göstərmək üçün müxtəlif məntəqələrə mobil briqadalar göndəriləcək, – deyə Koordinasiya Şurasının iclasından sonra İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qİorqi Ğibradze bildirib.
Onun sözlərinə görə, öklədə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən icazə verilən peyvəndlər var – “Pfizer”, “Astrazeneka”, “Sinovak”, “Sinofarm”. Bir oktyabrda ölkəyə əlavə olaraq 1 milyon doza “Sinofarm” qəbul edildi.
“Peyvəndin intensivliyini artırmaq və aşılamaya maksimum əlçatanlığı təmin etmək üçün peyvənd olunmaq istəyən vətəndaşlara yerindəcə xidmət göstərmək üçün müxtəlif bölgələrin fərqli yaşayış məntəqələrinə mobil briqadalar göndəriləcək. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən icazə verilən peyvəndlər var – “Pfizer”, “Astrazeneka”, “Sinovak”, “Sinofarm”. Bir oktyabrda ölkəyə əlavə olaraq 1 milyon doza “Sinofarm” qəbul edildi”, – dedi Ğibradze.
İdarələrarası Kordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri qeyd edib ki, əlaqədar qurumlar müəyyən edilmiş qaydaların icrasına ciddi nəzarət edəcəklər.
İdarələrarası Kordinasiya Şurası bir daha vətəndaşları həm daxili, həm də açıq məkanda naska taxmağa, sosial məsafəni qorumağa və aşılama prosesində iştirak etməyə çağırır” dedi Qiorqi Ğibradze.