Petro Poroşenko və Yens Stoltenberq NATO-Ukrayna Komissiyasının fövqəladə iclasının təcili çağırılması barəsində razılaşdılar
Petro Poroşenko və Yens Stoltenberq NATO-Ukrayna Komissiyasının fövqəladə iclasının təcili çağırılması barəsində razılaşdılar

Ukrayna  prezidenti Petro Poroşenko və NATO-nun baş katibi Yens Stoltenberq NATO-Ukrayna Komissiyasının fövqəladə iclasının təcili çağırılması barəsində razılaşdılar.

Bu barədə Ukrayna prezidentinin mətbuat katibi, Svyatoslav Seqolko “feysbuk” sosial şəbəkəsində yazdı.

Onun məlumatına görə, Poroşenko və Stoltenberq arasında telefon söhbəti baş tutdu.

Ukrayna prezidentinin mətbuat katibinin məlumatına görə, NATO-nun baş katibi Ukraynanın ərazi bütövlüyü və suverenliyə dəstəyini bəyan etdi.

Rus gəmiləri Ukrayna katerlərinə Odessa limanından Pariupol limanına hərəkət edərkən atəş açdılar. İnsident nəticəsində altı Ukrayna vətəndaşı xəsarət aldı. Ukrayna prezidentinin nümayəndəsinin məlumatına görə, rus sərhədçiləri 20-dən artıq Ukrayna hərbiçisini yaxalayıblar.

Ukrayna Milli Təhlükəsizlik Şurası 60 günlük müharibə vəziyyətinin elan edilməsi təşəbbüsünü irəli sürdü. Ukrayna prezidenti, Petro Poroşenko təşəbbüsü dəstəklədi.