Petro Poroşenko Ukraynada prezident seçkilərinin cari ilin oktyabrın 26-da keçiriləcəyini bildirir

10:52, 17.02.2025

 

Ukraynada prezident seçkiləri cari ilin oktyabrın 26-da keçiriləcək – bu haqda Ukraynanın sabiq prezidenti Petro Poroşenko “Censor Net”ə müsahibəsində deyib.

Jurnalist Poroşenkoya müraciət edərək, ona qarşı tətbiq edilən sanksiyaların bir çoxları üçün seçki kampaniyasının başlanmasına işarə olduğunu deyib və Ukraynada seçkilərin nə vaxt keçirilməsinin mümkün olduğunu düşündüyünü soruşub.

“Qeyd edin, bu ilin 26 oktyabrı” – Poroşenko cavab verib.

Ölkənin sabiq prezidentinin bu qənaətə haradan gəlməsi sualına, Poroşenko qeyd edib ki, bu haqda müxtəlif mənbələrdən məlumata malikdir, onlardan biri də hazırda neçə bülletenin lazım olduğunu müəyyənləşdirən Ukraynanın mətbəəsidir.

Xatırladaq ki, Ukrayna Petro Poroşenkoya qarşı sanksiyalar tətbiq edib. Ukrayna mediasında məlumat fevralın 12-də yayılıb. Qərarı ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası verib.

Oxşar