Petro Poroşenko 2014-cü ildə Maydanda həlak olanların xatirəsini yad etdi
Ukrayna prezidenti, Petro Poroşenko 2014-cü ildə Maydanda həlak olanların xatirəsini yad etdi.
Ukrayna prezidentinin mətbuat katibinin, Sviatislav Seqolkonun tviterdə yazdığına görə, Petro Poroşenko həyat yoldaşı ilə birlikdə memorialı gül-çiçək dəstələri ilə bəzədi və şamlar yandırdı.
20 fevral Ukraynada, Maydanda həlak olanların xatirəsi günüdür. Bu gün ilə əlaqədar ölkədə matəm tədbirləri keçirilir.
2014-cü ildə Maydanda baş verən hadisələr zamanı 100-dən artıq insan həlak oldu. O cümlədən gürcülər, Davi Kipiani və Zurab Xurtsiya.