Peter Siyarto – Ukrayna bizim üzv olduğumuz birliyə qoşulmaq istəyir, əksinə yox, buna görə də Kiyev uyğun tonu seçməlidir

10:09, 04.05.2025

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna prezidenti Volodimir Zelenskinin Macarıstanı Ukraynanın Avropa İttifaqına üzvlük prosesini bloklamaqda tənqid etməsinə cavab verib. Bu barədə Siyarto sosial şəbəkədə yazıb.

Siyartonun sözlərinə görə, Zelenski başa düşməlidir ki, hər bir macarın Ukraynanın Aİ-yə sürətlə üzv qəbul olunması məsələsində fikrini bildirmək hüququ var.

“Fakt olaraq qalır: Ukrayna bizim üzv olduğumuz birliyə qoşulmaq istəyir, yoxsa biz Ukraynaya yox. Buna görə də Kiyev uyğun tonu seçməlidir,” – deyə Siyarto qeyd edib.

Bundan əvvəl Ukrayna prezidenti Macarıstanın baş naziri Viktor Orbanı tənqid etmişdi. Zelenskinin sözlərinə görə, Orban Ukraynanın Aİ-yə üzvlüyünü bloklayır və onun bu davranışı Avropa İttifaqı üçün təhlükə yaradır.

Oxşar