Peter Magyar – “Nə Rusiyanın, nə də Macarıstanın coğrafi mövqeyi dəyişməyəcək. Şərait tələb edərsə, Rusiya prezidenti ilə danışıqlar aparmalı olacağıq, lakin biz dost olmayacağıq
Peter Magyar – “Nə Rusiyanın, nə də Macarıstanın coğrafi mövqeyi dəyişməyəcək. Şərait tələb edərsə, Rusiya prezidenti ilə danışıqlar aparmalı olacağıq, lakin biz dost olmayacağıq

Nə Rusiyanın, nə də Macarıstanın coğrafi mövqeyi dəyişməyəcək, bizim enerji asılılığımız da müəyyən müddət ərzində saxlanılacaq. Şərait tələb edərsə, Rusiya prezidenti ilə danışıqlar aparmalı olacağıq, lakin biz dost olmayacağıq”, – bu barədə “Tisa” partiyasının lideri Peter Magyar bildirib.

Müxtəlif media orqanlarının Macarıstan nəşrinə istinadən yaydığı məlumata görə, seçkidən bir gün əvvəl Macarıstan qəzetinə müsahibəsində Magyar Rusiyadan enerji asılılığı barədə danışıb və qeyd edib ki, müəyyən şəraitdə Rusiya ilə dialoq qaçılmaz ola bilər.

“Şərait tələb edərsə, Rusiya prezidenti ilə danışıqlar masasına oturmalı olacağıq. Nə Rusiyanın, nə də Macarıstanın coğrafi mövqeyi dəyişməyəcək. Bizim enerji asılılığımız da müəyyən müddət saxlanılacaq. Diversifikasiyanı artırmalıyıq, amma bu, bir gecədə baş verməyəcək”, – deyə Magyar bildirib.

Magyar xüsusilə vurğulayıb ki, Rusiyayla danışıqlara ehtiyac olsa da, “biz dost olmayacağıq”.

Bununla yanaşı, onun sözlərinə görə, Macarıstanda “heç kim pro-ukrayna hökumət istəmir, hamı pro-macar hökumət istəyir”.

“Yaxşı olardı ki, Macarıstan xalqının real problemlərini həll edən hökumət olsun”, – deyə Peter Magyar əlavə edib.