Peter Madiar Macarıstanda seçkilərdə iştirak yaşının 16-ya endirilməsinin tərəfdarıdır

17:41, 18.07.2026

 

Macarıstanın Baş naziri Peter Madiar Macarıstanda seçkilərdə iştirak yaşının 16-ya endirilməsinin tərəfdarıdır.

Madiarın sözlərinə əsasən, siyasətə və ictimai həyata marağın yenidən aktuallaşması və gənclərin də ictimai işlərdə öz səslərinin mühüm olduğunu hiss etməsi onu sevindirir.

“Əminəm ki, bu gün 18 yaşınadək gənclərin mütləq əksəriyyəti ümumi qərarların qəbul edilməsində iştirak etmək üçün kifayət qədər hazırlıqlı və məlumatlıdır. Öz tərəfimdən, konstitusiyanın hazırlanması prosesində seçki yaşının 16-ya endirilməsini dəstəkləyərdim” – Madiar sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, Macarıstanda hazırda qüvvədə olan qanunvericiliyə əsasən, səsvermə üçün ümumi minimum yaş həddi 18-dir. Seçki günü 18 yaşı tamam olan bütün Macarıstan vətəndaşlarının səsvermə hüququ var. Hərçənd, Macarıstan qanunvericiliyində bir istisna nəzərdə tutulub, bu da evli olan və hüquqi cəhətdən yetkin (emansipasiya olunmuş) sayılan 16 və ya 17 yaşlı yetkinlik yaşına çatmayan şəxslərə şamil edilir.

Oxşar