Peter Madiar - Coğrafiyanı dəyişə bilməyəcəyimizi unutmayaq, Rusiyanın enerji təchizatından yenə də asılıyıq, lakin bütün müqavilələri nəzərdən keçirəcəyik
Coğrafiyanı dəyişə bilməyəcəyimizi unutmayaq, Rusiyanın enerji təchizatından yenə də asılıyıq – bu haqda “Tisza” partiyasının lideri Peter Madiar bildirib.
Madiar, Kremlin Macarıstan seçkilərinin nəticələrinə hörmət etdiyini bildirməsindən məmnun olduğunu deyib. O, Rusiya ilə praqmatik münasibətlər qurmaq istədiyini bildirib.
“Coğrafiyanı dəyişə bilməyəcəyimizi unutmayaq, Rusiyanın enerji təchizatından yenə də asılıyıq, lakin bütün müqavilələri nəzərdən keçirəcəyik” – Madiar bildirib.
Bununla yanaşı, Madiar Vladimer Putinlə potensial təmaslar haqda danışıb.
“Əgər Vladimer Putin mənə zəng etsə, telefona cavab verəcəyəm, lakin ona ilk zəng edən mən olmayacağam. Lakin, danışsaq, ondan qətlləri dayandırmasını, müharibəni dayandırmasını xahiş edəcəyəm, çünki bu müharibə mənasızdır. Düşünürəm ki, o, mənim məsləhətimi nəzərə almayacaq, lakin ümid edirəm ki, tezliklə müharibəni bitirməyə məcbur olacaq” – Madiar bildirib.
Bununla yanaşı, Madiar ABŞ ilə yaxşı münasibətlər istədiyini, lakin Donald Trampın ona zəng etmədiyini bildirib. Onun sözlərinə əsasən, ABŞ Macarıstanın yaxşı münasibətlərə ehtiyac duyduğu çox vacib tərəfdaşdır.
Madiar qeyd edib ki, Donald Tramp ona zəng etməyib, lakin Ağ Ev əlaqə saxlasa, administrasiyası danışmağa hazır olacaq.