Peter Madiar, Budapeştin Ukraynadan “Karpat Səkkizliyi”nə qoşulmaq üçün dəvət aldığını, lakin bundan imtina etdiyini bildirir
Macarıstanın Baş naziri Peter Madiar ölkəsinin Ukraynanın təşəbbüsü ilə yaradılan “Karpat Səkkizliyi”nin üzvü olmadığını bildirib.
Macarıstanın Baş naziri, Budapeştin Ukraynadan dəvət aldığını, lakin bundan imtina etdiyini bildirib.
“Bizi dəvət etdilər, lakin üzrlü səbəblərdən getmədik. Macarıstan bu prosesdə iştirak etmir” – Madiar bildirib.
Macarıstanın Baş naziri konkret səbəbləri izah etməyib.
Yeni regional ittifaq olan “Karpat Səkkizliyi” Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən sentyabrın 18-də yaradılıb. İttifaq Karpat bölgəsi ölkələri arasında əməkdaşlığı gücləndirməyi hədəfləyir.