Peter Madiar – Bu gün dövlət media platformalarında təbliğat yayımı bitdi, onlar bütün kanallarda yalan danışırdılar, indi hər şey bitdi

22:22, 07.07.2026

 

 

Macarıstanda dövlət telekanalı “M1” yayımını müvəqqəti olaraq dayandırıb.

Macar mediasının yazdığı kimi, verilişlərin dayandırılmasından sonra ekranda belə bir bildiriş görünüb: “İctimai maraqlar üçün fəaliyyət göstərən media vasitələri yalan məlumat yaymamalıdır və telekanal illər boyu bunu etdiyi üçün üzr istəyir”.

“İctimai media yalan danışmamalıdır. Bu qədər il ərzində bunu etdiyimiz üçün üzr istəyirik. İctimai media hazırda müstəqil və etibarlı qalmaq üçün transformasiya prosesindədir. Xəbərlərin işıqlandırılması müvəqqəti olaraq dayandırılıb” – telekanalın bəyanatında deyilir.

Sonradan telekanal yayımını bərpa edib, lakin yeni formatda – efirdə yalnız filmlər nümayiş etdirilir. Telekanalın bəyanatına əsasən, yeni xəbərlər xidməti yaradıldıqdan sonra informasiya proqramları mərhələli şəkildə bərpa olunacaq. Bənzər bildiriş müvəqqəti olaraq fəaliyyətini dayandıran “Hirado.hu” dövlət xəbər portalında, həmçinin hər cümə günü sabiq baş nazir Viktor Orbanın müsahibəsinin yayımlandığı “Kossuth Radio” dövlət radiosunda da ortaya çıxıb.

Macarıstanın Baş naziri Peter Madiar hadisəyə münasibət bildirib və hadisəni “tarixi” adlandırıb.

“Bu gün dövlət media platformalarında təbliğat yayımı bitdi. Onlar gecə də, gündüz də yalan danışırdılar, bütün kanallarda yalan danışırdılar. İndi hər şey bitdi” – Madiar yazır.

Oxşar