Peter Madiar – BMT-ni məhv etmək istəyirsinizsə, o zaman onun baş katibi vəzifəsinə Orbanı təyin edin, onun seçilməsinin yeganə səbəbi məhz bu ola bilər
Macarıstanın Baş naziri Peter Madiar bildirib ki, onun sələfi Viktor Orbanın BMT-nin baş katibi vəzifəsinə təyin edilməsi təşkilatın sonunu xəbər verərdi. Məlumatı “Bloomberg” yayır.
“BMT haqqında çoxlu pis şey demək olar, lakin zənn etmirəm ki, kimsə onun ləğv olunmasını istəsin. BMT-ni məhv etmək istəyirsinizsə, o zaman Orbanı təyin edin. Onun seçilməsinin yeganə səbəbi məhz bu ola bilər” – Madiar açıqlayıb.
Madiarın sözlərinə əsasən, “öz ölkəsini soyub talayan və Macarıstanı Avropanın ən kasıb və korrupsiyalaşmış ölkələrindən birinə çevirən” şəxs BMT-nin rəhbəri olmamalıdır.
Məlumat üçün bildirək ki, bundan əvvəl “Wall Street Journal” mənbələrə istinadən ABŞ administrasiyasının BMT-nin baş katibi postuna Viktor Orbanın namizədliyini dəstəklədiyi barədə məlumat yaymışdı. Nəşrin məlumatına əsasən, onun namizədliyini Rusiya və Çin də müdafiə edir.