Peter Fişer - Mən rəsmi olaraq Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılmışam, çağırılma diplomatik sanksiya formasıdır, bu isə dost ölkələr arasında çox qeyri-adidir
Mən rəsmi olaraq Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılmışam, çağırılma diplomatik sanksiya formasıdır, bu isə dost ölkələr arasında çox qeyri-adidir – bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Gürcüstanın Xarici İşlər Nazirliyinə daxil olmamışdan əvvəl jurnalistlərə deyib.
Fişer bildirib ki, “Müasir Gürcüstan tarixində ilk dəfədir ki, Almaniyanın səfiri çağırılır”.
“Mən içəri girəcəyəm və mənə nə deyəcəklərini eşidəcəm. Həmçinin, Almaniya Federal Respublikasına, mənə və digər səfirlərə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirəm. Gürcüstanın Avropa İttifaqına üzvlüyə zidd olan hazırkı kursunu tənbeh edəcəm” – Peter Fişer bildirib.