Peter Fişer - Düşünürəm, Avropa İttifaqı kimi bir təşkilata qoşulmaq istəyirsinizsə, onun haqqında pis danışmaq yaxşı fikir deyil
Gürcüstan Avropa İttifaqına üzv olmaq istəyir, lakin eyni zamanda, Avropa İttifaqını sərt şəkildə tənqid edir, Avropa İttifaqı haqqında yalan məlumat yayır – bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Mzia Amağlobelinin məhkəmə prosesində iştirak etdiyi Batumi Şəhər Məhkəməsində deyib.
O bildirib ki, Gürcüstan Avropa İttifaqı kimi bir təşkilata qoşulmaq istəyirsə, onun haqqında pis danışmaq yaxşı fikir deyil.
“Mən Almaniyanı təmsil edirəm. Biz Gürcüstanın çoxdankı dostu və tərəfdaşıyıq, həm də Avropa İttifaqına üzv ölkəyik. Gürcüstan Avropa İttifaqına üzv olmaq istəyir, lakin eyni zamanda, Avropa İttifaqını sərt şəkildə tənqid edir. Avropa İttifaqı haqqında yalan məlumat yayır. Düşünürəm, Avropa İttifaqı kimi bir təşkilata qoşulmaq istəyirsinizsə, onun haqqında belə pis danışmaq yaxşı fikir deyil. “İmedi” teleşirkətinə sualım var. Niyə “İmedi” teleşirkəti dünən dedi ki, mən radikal müxalifətə təlimatlar verirəm? Mənim sizə sualım var. Bu məlumatı hansı əsasla yaydınız? Çünki bu məlumat yalandır və mən sizi dəvət edirəm. Mən sizi dəvət edirəm, sübut edin ki, mən müxalifətə təlimatlar verirəm” – Peter Fişer bildirib.