Peter Fişer - Anti-korrupsiya Bürosunda keçirilən görüşdə "FARA"nın Gürcüstanda çalışan 13 alman təşkilatına necə şamil ediləcəyi barədə mənə məlumat verəcəklərinə söz verdilər
Peter Fişer - Anti-korrupsiya Bürosunda keçirilən görüşdə "FARA"nın Gürcüstanda çalışan 13 alman təşkilatına necə şamil ediləcəyi barədə mənə məlumat verəcəklərinə söz verdilər

 

Almaniyanın səfiri Peter Fişer Gürcüstanın Anti-korrupsiya Bürosunda keçirilən görüş haqda X sosial şəbəkəsində yazır. Alman diplomatın verdiyi məlumata əsasən, Almaniyanın federal büdcəsindən maliyyələşən və Almaniya ilə Gürcüstan arasında ikitərəfli sazişin predmeti olan 13 alman təşkilatına “FARA”nın necə şamil ediləcəyi barədə məlumat verəcəklərinə söz veriblər.

“Mənə söz verdilər ki, Almaniyanın federal büdcəsindən maliyyələşən, Almaniya ilə Gürcüstan arasında ikitərəfli sazişlərin predmeti olan və geniş, dərin Almaniya-Gürcüstan əlaqələrinin praktiki həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən Gürcüstandakı 13 alman təşkilatına “FARA” çərçivəsində necə davranacaqları barədə mənə məlumat verəcəklər. Biz istərdik ki, onlar azad edilsinlər. Həmçinin, Gürcüstanın Antikorrupsiya Bürosu ilə Avropa İttifaqı məsələsini müzakirə etdik. Mən “Xarici agentlər”ə oxşar qanunla bağlı Avropa Şurasının Venesiya Komissiyasının mənfi qiymətləndirməsini xatırlatdım. Bir dost kimi, Avropa İttifaqına inteqrasiya ilə bağlı illüziyalar barədə xəbərdarlıq etdim. Avropa İttifaqı Şurası 2024-cü ilin iyunundan təəssüflə qənaətə gəldi ki, Gürcüstan kursundan dönüb” – Fişer yazır.