Peter Fişer - Almaniya və Avropa İttifaqını Sovet İttifaqı ilə müqayisə etmək yanlışdır, biz düşmən xarici qüvvə deyil, Gürcüstanın dostlarıyıq
Almaniya və Avropa İttifaqını Sovet İttifaqı ilə müqayisə etmək yanlışdır, biz düşmən xarici qüvvə deyil, Gürcüstanın dostlarıyıq – bu haqda Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer sosial şəbəkədə yazıb.
Fişerin qeyd etdiyi kimi, Almaniya sovet qoşunları tərəfindən qətlə yetirilən gürcülərin xatirəsini ehtiramla yad edir.
“Almaniya 1989-cu ilin aprelin 9-da Rustaveli prospektində azadlıq və demokratiya uğrunda nümayiş keçirən və sovet qoşunları tərəfindən qətlə yetirilən gürcülərin xatirəsini ehtiramla yad edir. Şərqi Almaniyada xalq eyni səbəblə etiraz aksiyası keçirdi və 1989-cu ilin noyabrında Berlin divarı yıxıldı. Azadlıq və demokratiyanın müdafiəsi davam edən işdir. Gürcülər aylardır Rustaveli prospektində etiraz aksiyası keçirirlər. Onları Sovet İttifaqı ilə müqayisə etmək yanlışdır.
Həmçinin, Almaniya və Avropa İttifaqını Sovet İttifaqı ilə müqayisə etmək yanlışdır. Biz düşmən xarici qüvvə deyil, Gürcüstanın dostlarıyıq. Bunu hər bir səmimi gürcü ötən 30 ilin təcrübəsindən bilir” – Almaniyanın səfiri Peter Fişer sosial şəbəkədə yazır.