Peter Fişer - Almaniya nasist Almaniyası ilə bağlı tarixi, siyasi və əxlaqi cəhətdən düzgün olmayan terminlərin və müqayisələrin istifadə edilməsinə qarşı çıxır
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer baş nazir İrakli Kobaxidzenin bəyanatına münasibət bildirir və qeyd edir ki, nasist Almaniyası ilə bağlı terminlərin istifadə edilməsi əxlaqi cəhətdən düzgün deyil.
“Daha əvvəl burada artıq dediklərimi təkrar edirəm, Almaniya nasist Almaniyası ilə bağlı tarixi, siyasi və əxlaqi cəhətdən düzgün olmayan terminlərin və müqayisələrin istifadə edilməsinə qarşı çıxır, çünki onlar qurbanların ləyaqətini alçaldır və yanlış təəssüratlar yaradır” – Fişer sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə qeyd edib ki, yalanlar və Avropa bürokratiyasının verdiyi bəyanatlar Qebbelsə bənzər təbliğatın davamıdır.