Peşə təhsili müəllimləri üçün beynəlxalq təlimlərdə iştirak etmək məqsədilə müsabiqə başlayıb
Peşə təhsili müəllimləri üçün beynəlxalq təlimlərdə iştirak etmək məqsədilə müsabiqə başlayıb.
Peşə Qabiliyyəti Agentliyinin məlumatına əsasən, müsabiqədə IT sahəsində çalışan müəllimlər, xüsusilə informasiya texnologiyalarının dəstəyi, kompüter şəbəkələri və sistemləri, şəbəkə inzibatçılığı, veb texnologiyalar, Front-end inkişafı və proqram təminatının hazırlanması sahəsində dərs deyən pedaqoqlar iştirak edə bilərlər.
Onların məlumatına əsasən, namizədlərin seçimi son iki il ərzində peşə fəaliyyətinin nəticələrinin təhlili və onların təkrarlanması planı əsasında aparılacaq.
“Xüsusi komissiya tərəfindən Gürcüstanda Türkiyə Respublikasından dəvət olunmuş ekspertlərin təlim keçəcəyi dövlət və özəl peşə təhsil müəssisələrindən 50 müəllim seçiləcək. Birinci mərhələni uğurla keçdikdən sonra, təlimçilərin qiymətləndirməsinə əsasən, ən yaxşı 15 müəllim tədris səfəri ilə Türkiyə Respublikasına yollanacaq. Beynəlxalq səfərdə iştirak etdikdən sonra, hər bir müəllim əldə etdiyi bilik və təcrübəni yerli həmkarları ilə bölüşməyə borclu olacaq.
Müsabiqə üçün namizəd 2025-ci ilin avqustun 2-si də daxil olmaqla, aşağıdakı linkdə müraciət formasını doldurmalıdır.https://forms.office.com/pages/responsepage.aspx?id=POnSYT1CtEOPIxWAwjQZUuQvqQnkvNFEhHLyx1owK9JUQThJQjI5Q0tZWE5IVEhPOE5RUUJHUTZBQy4u&route=shorturl
Maraqlanan şəxslər müsabiqə haqqında tam məlumatla aşağıdakı linkdə tanış ola bilərlər.https://jobs.ge/ge/?view=jobs&id=659724
Peşə Qabiliyyəti Agentliyi Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin dəstəyi ilə, peşə təhsili müəllimlərinin inkişafı və kvalifikasiyasının artırılmasına, o cümlədən, peşə təhsili müəllimlərinin sahəvi şəbəkələri vasitəsilə daim qayğı göstərir. 2024-cü ildən bu günə qədər əldə etdikləri bilik və təcrübəni yerli səviyyədə həmkarları ilə bölüşən 55 müəllim beynəlxalq səfərlərdə iştirak edib, replikasiyalar fəaliyyətlərinə Gürcüstan miqyasında 700-ə yaxın müəllim qoşulub” – Peşə Qabiliyyəti Agentliyinin məlumatında deyilir.