Peruda yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 37 nəfər həyatını itirib, 18 nəfər xəsarət alıb

19:18, 12.11.2025

 

Peruda yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 37 nəfər həyatını itirib, 18 nəfər xəsarət alıb. Bu haqda məlumatı yerli media yayır.

Medianın məlumatına əsasən, qəza Arekipa bölgəsində Panamerikana Sur şossesində baş verib.

Media, hadisə yerində polis və xilasetmə qruplarının çalışması haqda məlumat verir.

Yerli hakimiyyət orqanları hadisənin səbəbini araşdırmağa başlayıb. Mövcud məlumata əsasən, qəzaya güclü duman və pis görmə məsafəsi səbəb olub.

Oxşar