Peruda ticarət mərkəzinin damının uçması nəticəsində azı 3 nəfər ölüb, 74 nəfər yaralanıb

13:14, 22.02.2025

Peruda ticarət mərkəzinin damının uçması nəticəsində azı 3 nəfər ölüb.

KİV-in məlumatına görə, təxminən 74 nəfər yaralanıb, onlardan 11-nin vəziyyəti ağırdır. Xəsarət alanlar arasında 10 uşaq da var.

Hadisə “Real Plaza” ticarət kompleksində baş verib. Yerli mətbuatın məlumatına görə, hadisə zamanı dam örtüyü uçan ticarət mərkəzinin yeməkxanasında onlarla ailə olub.

Axtarış-xilasetmə əməliyyatı hələ də davam edir. Yanğınsöndürənlər və polis dağıntılar altında sağ qalanları axtarır.

Perunun daxili işlər naziri Xuan Xose Santivanes uçan damın sahəsinin 700-800 kvadratmetr olduğunu təxmin edib.

Oxşar