Peruda iki zəlzələ nəticəsində azı altı nəfər həlak olub
Peruda baş verən iki zəlzələ nəticəsində azı altı nəfər həlak olub, 21 nəfər isə xəsarət alıb. Məlumatı “Reuters” yayır.
Perunun Milli Seysmoloji Mərkəzinin hesabatına əsasən, 5.1 və 3.7 maqnitudalı zəlzələlərin episentri Limadan təxminən 300 kilometr aralıda yerləşən Hunin dağlıq regionunun Çupaka əyaləti olub.
İlkin məlumatlara əsasən, təxminən 48 yaşayış evi dağılıb, 18 ev isə zədələnib. Təxminən 300 nəfər evsiz qalıb.
Fövqəladə hallar xidmətinin nümayəndələri və yanğınsöndürənlər işləri davam etdirirlər, çünki dağıntılar altında daha bir neçə nəfərin qalması təhlükəsi var.